• Home  
  • Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb

Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində 12 nəfər yaralanıb, yaşayış evlərinə və digər obyektlərə ziyan dəyib. Əks-səda xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə yanğın baş verib, özəl müəssisə və qarajlar zədələnib. Partlayış dalğası yaxınlıqdakı yaşayış binalarının pəncərələrini sındırıb. Dnepr şəhərinin […]

Hadisə

Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində 12 nəfər yaralanıb, yaşayış evlərinə və digər obyektlərə ziyan dəyib.

Əks-səda xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə yanğın baş verib, özəl müəssisə və qarajlar zədələnib. Partlayış dalğası yaxınlıqdakı yaşayış binalarının pəncərələrini sındırıb.

Dnepr şəhərinin meri Boris Filatov isə hücum nəticəsində azı 9 yaşayış binasının zədələndiyini, təxminən 700 pəncərənin sındığını bildirib. Yaşayış binalarının həyətlərində avtomobillərin olduğu qarajlarda yanğınlar baş verib.

Son məlumata görə, hücum nəticəsində 12 nəfər yaralanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.