• Home  
  • Rusiyanın Xersona endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Rusiyanın Xersona endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb

Xersonun (Ukrayna) Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 1 nəfər ölüb, daha 21 nəfər, o cümlədən iki uşaq yaralanıb. Əks-səda “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xerson vilayəti polisinin məlumatında bildirilib. Qurumun məlumatına görə, Rusiya qoşunları şəhərə dörd idarəolunan aviabomba ilə zərbə endirib. “Güclü partlayışlar ən azı 15 çoxmərtəbəli binaya, uşaq bağçasına, mağazaya və […]

Xersonun (Ukrayna) Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 1 nəfər ölüb, daha 21 nəfər, o cümlədən iki uşaq yaralanıb.

Əks-səda “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xerson vilayəti polisinin məlumatında bildirilib.

Qurumun məlumatına görə, Rusiya qoşunları şəhərə dörd idarəolunan aviabomba ilə zərbə endirib.

“Güclü partlayışlar ən azı 15 çoxmərtəbəli binaya, uşaq bağçasına, mağazaya və avtomobillərə ciddi ziyan vurub. İnsanlar dağıntılar altında qalıblar”, – məlumatda bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.