• Home  
  • Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
- Dünya - Gündəm - Hadisə

Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb

Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri 500 minə yaxın Rusiya hərbçisi həlak olub, yaralılar da nəzərə alınmaqla ümumi itkilərin sayı isə 1,5 milyon nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı məlumat yayıblarına istinadən xəbər verir. Britaniya tərəfinin qiymətləndirməsinə görə, Rusiya ordusu bu itkilərin böyük əksəriyyətini 2023-cü ilin yanvarından sonra verib. Eyni dövrdə […]

Hadisə

Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri 500 minə yaxın Rusiya hərbçisi həlak olub, yaralılar da nəzərə alınmaqla ümumi itkilərin sayı isə 1,5 milyon nəfərə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı məlumat yayıblarına istinadən xəbər verir.

Britaniya tərəfinin qiymətləndirməsinə görə, Rusiya ordusu bu itkilərin böyük əksəriyyətini 2023-cü ilin yanvarından sonra verib. Eyni dövrdə Rusiya qüvvələrinin Ukrayna ərazisinin əlavə 2%-ni nəzarətə götürdüyü bildirilir.

Böyük Britaniya Müdafiə Qərargahının rəisi, aviasiya marşalı Riçard Nayton bildirib ki, bu rəqəmlər əldə olunan ərazi irəliləyişi ilə müqayisədə insan itkilərinin miqyasını göstərir.

“Yarım milyon ölən o deməkdir ki, Rusiya boyunca eyni sayda ailə bir daha öz valideynlərini, oğullarını, qardaşlarını və həyat yoldaşlarını görməyəcək”, – Nayton bildirib.

Rusiya tərəfi Britaniya kəşfiyyatının açıqladığı bu rəqəmləri təsdiqləməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.