Rusiya hava hücumundan müdafiə sistemləri ötən gün ərzində ölkənin müxtəlif regionları və Qara dəniz akvatoriyası üzərində Ukraynaya məxsus 67 pilotsuz uçuş aparatını vurub.
Əks-səda xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək növbətçi hava hücumundan müdafiə qüvvələri təyyarə tipli 67 Ukrayna PUA-sını ələ keçirərək məhv edib.
Ukrayna tərəfi məlumatı hələlik şərh etməyib.


