• Home  
  • Vanuatu sahillərində bərə batıb: bir nəfər ölüb, onlarla insan itkin düşüb
- Dünya - Gündəm - Hadisə

Vanuatu sahillərində bərə batıb: bir nəfər ölüb, onlarla insan itkin düşüb

Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb. “MV Matui” bərəsində heyət üzvləri də daxil olmaqla onlarla insan olub. Qəza Amba və Espiritu-Santo adaları arasında baş verib. Xilasedicilər 15 nəfəri tapıb, xilas edə biliblər. İlkin […]

Hadisə

Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb.

“MV Matui” bərəsində heyət üzvləri də daxil olmaqla onlarla insan olub. Qəza Amba və Espiritu-Santo adaları arasında baş verib. Xilasedicilər 15 nəfəri tapıb, xilas edə biliblər.

İlkin məlumatlara görə, qəzaya səbəb fırtınalı hava və gəminin həddindən artıq yüklənmə ola bilər.

Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.