• Home  
  • ABŞ-də kələm yükündən 910 kq metamfetamin çıxıb
- Dünya - Gündəm - KriminaI

ABŞ-də kələm yükündən 910 kq metamfetamin çıxıb

ABŞ-nin Texas ştatının Makallen şəhərində kələm yükünün içində gizlədilmiş təxminən 910 kiloqram metamfetamin müsadirə edilib. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) “X” sosial şəbəkəsində məlumat yayıb. Qurumun məlumatına görə, DEA-nın Makallendə yerləşən bölməsinin əməkdaşları Rio-Qrande vadisində kələm yükünün içərisində gizlədilmiş 2 min funtdan (təxminən 0,91 ton) çox metamfetamin aşkar edərək müsadirə […]

Hadisə

ABŞ-nin Texas ştatının Makallen şəhərində kələm yükünün içində gizlədilmiş təxminən 910 kiloqram metamfetamin müsadirə edilib.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) “X” sosial şəbəkəsində məlumat yayıb.

Qurumun məlumatına görə, DEA-nın Makallendə yerləşən bölməsinin əməkdaşları Rio-Qrande vadisində kələm yükünün içərisində gizlədilmiş 2 min funtdan (təxminən 0,91 ton) çox metamfetamin aşkar edərək müsadirə ediblər.

Narkotik vasitələrin müsadirəsi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin xüsusi işçi qrupunun apardığı araşdırma çərçivəsində həyata keçirilib.

Əməliyyatda Daxili Təhlükəsizlik Nazirliyinin İstintaq Xidməti (HSI), Federal Təhqiqatlar Bürosu (FBI), Gömrük və Sərhəd Mühafizəsi Xidməti, ABŞ Sərhəd Patrulu və Texas İctimai Təhlükəsizlik Departamentinin əməkdaşları iştirak ediblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.