• Home  
  • Rusiya ordusunun hücumu nəticəsində Ukrayna-Polşa sərhədində YDM zədələnib
- Dünya - Gündəm - Hadisə

Rusiya ordusunun hücumu nəticəsində Ukrayna-Polşa sərhədində YDM zədələnib

Volın vilayətində Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Ukrayna-Polşa sərhədindəki “Yaqodin” keçid məntəqəsinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko bildirib. Qeyd olunub ki, pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində partlayış baş verib, yanacaqdoldurma məntəqəsinin ərazisindəki tikililər və yaxınlıqda park edilmiş bir […]

Hadisə

Volın vilayətində Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Ukrayna-Polşa sərhədindəki “Yaqodin” keçid məntəqəsinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko bildirib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində partlayış baş verib, yanacaqdoldurma məntəqəsinin ərazisindəki tikililər və yaxınlıqda park edilmiş bir neçə yük maşını yanıb.

Hava həyəcanı zamanı sərhəddə bütün əməliyyatlar dayandırılıb, insanlar isə sığınacaqlarda olublar. Bununla yanaşı, Demçenko vurğulayıb ki, “Yaqodin” keçid məntəqəsinin özünə zərbə qeydə alınmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.