Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.
Əks-səda xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.
Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.


