Xankəndidə ev yanıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xankəndi şəhərində yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlər tərəfindən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli, bitişik yerləşən hər birinin sahəsi […]

Xankəndidə ev yanıb.

Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xankəndi şəhərində yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınsöndürənlər tərəfindən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli, bitişik yerləşən hər birinin sahəsi 250kv.m. olan iki ədəd birmərtəbəli və ümumi sahəsi 200kv.m. olan birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.