Ötən bazar günü Pakistanın Harnay şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində dörd mədənçi həlak olub.
Əks-səda “Dawn” nəşrinə istinadən xəbər verir ki, daha dörd nəfər ağır yaralanıb.
“Partlayışdan sonra baş verən yanğın zamanı səkkiz mədənçi şaxtada köməksiz vəziyyətdə qalıb”, – Bəlucistan mədənləri üzrə baş müfəttiş Məhəmməd Atif nəşrə bildirib.
Xilasedicilər dörd mədənçini sağ tapsalar da, daha dörd mədənçinin meyitini aşkarlayıblar.


