• Home  
  • “Tottenhem” “Çelsi”nin iki futbolçusunu heyətinə qatdığını açıqlayıb
- Dünya - Gündəm - Idman

“Tottenhem” “Çelsi”nin iki futbolçusunu heyətinə qatdığını açıqlayıb

İngiltərənin “Tottenhem” klubu Londonun digər təmsilçisi “Çelsi”dən müdafiəçi Tosin Adarabioyonu və yarımmüdafiəçi Mixail Mudriki heyətinə qatıb. Əks-səda London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı ingiltərəli müdafiəçi ilə tamhüquqlu, 25 yaşlı ukraynalı yarımmüdafiəçi ilə mövsümün sonunadək icarə müqaviləsi imzalanıb. M.Mudrikin keçidində 75 milyon funt-sterlinq qarşılığında satınalma şərti nəzərdə tutulub. Ukraynalı futbolçu antidopinq qaydalarını pozduğuna […]

Idman

İngiltərənin “Tottenhem” klubu Londonun digər təmsilçisi “Çelsi”dən müdafiəçi Tosin Adarabioyonu və yarımmüdafiəçi Mixail Mudriki heyətinə qatıb.

Əks-səda London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı ingiltərəli müdafiəçi ilə tamhüquqlu, 25 yaşlı ukraynalı yarımmüdafiəçi ilə mövsümün sonunadək icarə müqaviləsi imzalanıb.

M.Mudrikin keçidində 75 milyon funt-sterlinq qarşılığında satınalma şərti nəzərdə tutulub. Ukraynalı futbolçu antidopinq qaydalarını pozduğuna görə aldığı cəza səbəbindən 2024-cü ildən meydana çıxmayıb.

Qeyd edək ki, T.Adarabioyo 2024-cü ildən şərəfini qoruduğu “Çelsi”nin heyətində keçirdiyi 77 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib. M.Mudrik isə London klubunda forma geyindiyi 73 qarşılaşmada 10 dəfə fərqlənib, 11 məhsuldar ötürmə müəllifi olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.