• Home  
  • Lamin Yamal İspaniya La Liqasında Lionel Messinin 13 illik rekordunu təkrarlayıb
- Dünya - Gündəm - Idman

Lamin Yamal İspaniya La Liqasında Lionel Messinin 13 illik rekordunu təkrarlayıb

“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya La Liqasının ilk 5 matçında 3 dubl etməklə Lionel Messinin 13 illik rekordunu təkrarlayıb. Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc hücumçu XXI əsrdə İspaniya çempionatının ilk 5 matçında 3 dəfə iki qol vuran ikinci futbolçu olub. İspaniyalı forvard cari mövsümdə “Rayo Valyekano” (5:2), “Valensiya” (5:0) və “Levante” (4:2) […]

İdman

“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya La Liqasının ilk 5 matçında 3 dubl etməklə Lionel Messinin 13 illik rekordunu təkrarlayıb.

Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc hücumçu XXI əsrdə İspaniya çempionatının ilk 5 matçında 3 dəfə iki qol vuran ikinci futbolçu olub.

İspaniyalı forvard cari mövsümdə “Rayo Valyekano” (5:2), “Valensiya” (5:0) və “Levante” (4:2) ilə matçların hər birində iki qol vurub. Əvvəlki analoji göstərici 2012/2013 mövsümündə L. Messi tərəfindən gerçəkləşdirilib. Argentinalı hücumçu həmin vaxt ilk 5 turda “Real Sosyedad” (5:1), “Osasuna” (2:1) və “Xetafe”yə (4:1) qarşı keçirilən görüşlərdə dubla imza atıb.

Qeyd edək ki, futbolçu cari mövsümdə bütün turnirlərdə 7 qol (La Liqada 6, Çempionlar Liqasında 1) vurub. O, ölkə çempionatının bombardirlər yarışında Kilian Mbappe, Rafinya və Serxio Kamelyo ilə birgə birinci pilləni bölüşdürür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.