• Home  
  • Təbriz-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajından dərman və siqaretlər aşkar edilib
- Cəmiyyət - Gündəm - KriminaI - Ölkə

Təbriz-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajından dərman və siqaretlər aşkar edilib

Dvlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkar edilib. Əks-səda Komitəyə istinadən xəbər verir ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub. Yoxlama zamanı hər […]

Kriminal

Dvlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkar edilib.

Əks-səda Komitəyə istinadən xəbər verir ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən dərman vasitələri – 12 440 ədəd həb, 4 066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4460 ədəd siqaret aşkar olunub.

Faktlarla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.