• Home  
  • Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
- Dünya - Gündəm - Siyasət

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əks-səda xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. “Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlət rəhbərləri isə bizim görüşümüzü diqqətlə izləyirlər”, – Aleksandr Lukaşenko görüş zamanı bildirib. Bu, Belarus-ABŞ təmaslarının ilk raundu […]

Siyasət

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əks-səda xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlət rəhbərləri isə bizim görüşümüzü diqqətlə izləyirlər”, – Aleksandr Lukaşenko görüş zamanı bildirib.

Bu, Belarus-ABŞ təmaslarının ilk raundu deyil. Aleksandr Lukaşenko daha əvvəl Con Koulla bir neçə dəfə görüşüb. Əvvəlki görüş bu ilin martında baş tutub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.