Şəki şəhərində 4 nəfər çaqqal hücumuna məruz qalıb.
Əks-səda xəbər verir ki, hadisə bu gün şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.
71 yaşlı Oktay Əliyev, Töhvə Məmmədova (71), Reyhanə Muxtarova (61) və Sənan Əmirlini (36) küçədə çaqqal dişləyib.
Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.


