• Home  
  • Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq
- Dünya - Gündəm - Idman

Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq

İspaniya təmsilçisi “Real”ın hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq. Əks-səda xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb. Paris Apellyasiya Məhkəməsi bu məbləğin 2025-ci ildə PSJ-nin bank hesablarına həbs qoyulması ilə bağlı kompensasiya kimi ödənilməsinə qərar verib. Qeyd edək ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən “Real”a keçib. Bundan sonra fransalı hücumçu […]

İdman

İspaniya təmsilçisi “Real”ın hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq.

Əks-səda xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Paris Apellyasiya Məhkəməsi bu məbləğin 2025-ci ildə PSJ-nin bank hesablarına həbs qoyulması ilə bağlı kompensasiya kimi ödənilməsinə qərar verib.

Qeyd edək ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən “Real”a keçib. Bundan sonra fransalı hücumçu Paris klubuna qarşı 60 milyon avroluq iddia qaldıraraq, ona müqavilə üzrə nəzərdə tutulan bonus və mükafatların ödənilmədiyini bildirib.

2025-ci ilin aprelində Mbappenin vəkillərinin müraciəti əsasında Liqa 1 təmsilçisinin bank hesablarına təminat tədbiri kimi həbs qoyulub. Hesablar aprelin 10-dan mayın 25-dək bloklanıb.

Dekabrda məhkəmə PSJ-nin Mbappeyə 61 milyon avroya yaxın vəsait ödəməli olduğuna qərar verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.