• Home  
  • Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb
- Manşet - Ölkə - Texnologiya

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

Qazaxıstanda Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinin əsas mərhələsi başa çatıb – Aktau – Sumqayıt marşrutu üzrə çəkilmiş sualtı kabel Qazaxıstan sahilinə çatıb. Əks-səda xəbər verir ki, ölkənin Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi bu barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, layihəni “Qazaxtelekom” SC və “AzerTelecom International” həyata keçirir. Kabelin çəkilişinə 2026-cı ilin […]

Qazaxıstanda Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinin əsas mərhələsi başa çatıb – Aktau – Sumqayıt marşrutu üzrə çəkilmiş sualtı kabel Qazaxıstan sahilinə çatıb.

Əks-səda xəbər verir ki, ölkənin Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi bu barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, layihəni “Qazaxtelekom” SC və “AzerTelecom International” həyata keçirir.

Kabelin çəkilişinə 2026-cı ilin iyul ayında başlanılıb və işlərə 20 min tondan çox su tutumuna malik ixtisaslaşmış gəmi, 70 mütəxəssis cəlb olunub. Hazırda kabelin sahil infrastrukturuna qoşulması həyata keçirilir. Payızda yerüstü obyektlərin tikintisinin başa çatdırılması, buraxılış-sazlama işlərinin həyata keçirilməsi və sistemin test edilməsi planlaşdırılır.

Xəttin çəkilişinə və istismarına “Kazaxtelkom” və “AzerTelecom International” şirkətlərinin birgə müəssisəsi olan “CaspiLink B.V.” cavabdehdir. Layihə büdcə vəsaitləri cəlb olunmadan operatorların öz vəsaitləri hesabına maliyyələşdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.