“Mançester Yunayted” futbol üzrə İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsinin matçında evdə “Brayton”a 2:3 hesabı ilə məğlub olub və turnirdə çıxışını başa vurub.
Əks-səda xəbər verir ki, görüş “Old Trafford” stadionunda keçirilib.
“Mançester Yunayted” iki qol fərqi ilə öndə olub, qolları Şi Leysi (8-ci dəqiqə) və Meyson Maunt (10) vurublar. “Brayton”un heyətində isə Xaralambos Kostulas (45+1), Paskal Qross (65) və Maksim De Köyper (70) fərqləniblər.
1/16 final turnirin İngiltərə Premyer Liqası klublarının iştirak etdiyi ilk mərhələsidir.
Liqa Kuboku 1960-cı ildən keçirilir, burada İngiltərə çempionatının dörd yüksək divizionundan komandalar oynayır. Ötən yarışın final matçında “Mançester Siti” “Arsenal”ı 2:0 hesabı ilə məğlub edərək 9-cu dəfə trofeyi qazanıb. Titulların sayına görə rekordçu turnirdə 10 dəfə qalib gəlmiş “Liverpul”dur.


