• Home  
  • AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib
- Cəmiyyət - Gündəm - Ölkə

AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib

Metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında – “Atletlər kəndi” istiqamətində dəyişik edilib. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, […]

Cəmiyyət

Metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında – “Atletlər kəndi” istiqamətində dəyişik edilib.

Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, indiyədək ərazidə mövcud olan “cib” tipli dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün istifadə olunurdu.

Hazırda ekspres avtobusların “Koroğlu” metrostansiyasının qarşısında rahat hərəkətinin təmin edilməsi məqsədilə 2-ci “cib” yalnız ekspres marşrutları üçün ayrılıb və həmin hissədə avtobus zolağı təşkil edilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

Həyata keçirilən dəyişiklik nəticəsində vahid ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların nizamlı fəaliyyəti və sərnişin axınlarının ayrılması təmin edilib.

Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə piyada keçidi təşkil edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.