• Home  
  • Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib
- Dünya - Gündəm - Hadisə

Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib

Rusiya Federasiyasının (RF) Yaroslavl vilayətindəki neft email zavodunda (NEZ) pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində yanğın baş verib. Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Mixail Yevrayev bildirib. Onun məlumatına görə, vilayət üzərindəki səmada 65 PUA məhv edilib. “Bu gün düşmən PUA-larının böyük hücumu dəf edilib. 65 pilotsuz uçuş aparatı vurulub. (…) Neft […]

Hadisə

Rusiya Federasiyasının (RF) Yaroslavl vilayətindəki neft email zavodunda (NEZ) pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində yanğın baş verib.

Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Mixail Yevrayev bildirib.

Onun məlumatına görə, vilayət üzərindəki səmada 65 PUA məhv edilib.

“Bu gün düşmən PUA-larının böyük hücumu dəf edilib. 65 pilotsuz uçuş aparatı vurulub. (…) Neft emalı zavodunda zədələnmələr var. Yanğınların operativ şəkildə söndürülməsi aparılır”, – “İnterfaks” Yevrayevin sözlərindən sitat gətirir.

Məlumata görə, dron hücumları nəticəsində xəsarət alan olmayıb.

“Hazırda regionumuzun ərazisində pilotsuz uçuş aparatlarının birbaşa hücum təhlükəsi yoxdur”, – region rəhbəri əlavə edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.