• Home  
  • Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
- Gündəm - Hadisə - Ölkə

Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib. Belə ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarəetməni itirib, nəticədə “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini 1975-ci il […]

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarəetməni itirib, nəticədə “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.