• Home  
  • Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
- Dünya - Gündəm - Hadisə

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub

Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki “Novaya Quta” buraxılış məntəqəsində baş tutub. Rusiya Ukraynaya 252 hərbçinin meyitini, Ukrayna isə 23 meyiti təhvil verib. Mübadilə faktını Ukraynanın koordinasiya qərargahı da təsdiqləyib. Oradan qeyd olunub ki, […]

Hadisə

Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib.

Əks-səda xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.

Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki “Novaya Quta” buraxılış məntəqəsində baş tutub. Rusiya Ukraynaya 252 hərbçinin meyitini, Ukrayna isə 23 meyiti təhvil verib.

Mübadilə faktını Ukraynanın koordinasiya qərargahı da təsdiqləyib. Oradan qeyd olunub ki, cəsədlərin qaytarılmasına Beynəlxalq Qırmızı Xaç Komitəsi köməklik göstərib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.