• Home  
  • “Barselona” hücumçu Roberto Fernandeslə maraqlanır
- Dünya - Gündəm - Idman

“Barselona” hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın “Barselona” klubu “Espanyol”un hücumçusu Roberto Fernandeslə maraqlanır. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliyi “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin xahişi ilə nəzərdən keçirilib. R.Fernandesin transferində İtaliyanın “Fiorentina” və “Komo”, həmçinin İngiltərənin “Hall Siti” klublarının da maraqlı olduğu qeyd edilir. Onun […]

İdman

İspaniyanın “Barselona” klubu “Espanyol”un hücumçusu Roberto Fernandeslə maraqlanır.

Əks-səda xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib.

Bildirilir ki, Fernandesin namizədliyi “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin xahişi ilə nəzərdən keçirilib.

R.Fernandesin transferində İtaliyanın “Fiorentina” və “Komo”, həmçinin İngiltərənin “Hall Siti” klublarının da maraqlı olduğu qeyd edilir.

Onun “Espanyol”la müqaviləsinin müddəti 2031-ci ildə başa çatacaq. Futbolçunun bazar dəyəri 10 milyon avro qiymətləndirilir.

Roberto Fernandes cari mövsüm La Liqada 6 oyunda meydana çıxıb və 6 qol vurub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.