• Home  
  • Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli bilinən şəxs saxlanılıb
- Gündəm - KriminaI - Ölkə

Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli bilinən şəxs saxlanılıb

Şəmkir rayonunda 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, həmin il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb. Polis […]

Kriminal

Şəmkir rayonunda 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, həmin il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.