• Home  
  • Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib
- Dünya - Gündəm - Siyasət

Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib

Vaşinqton Varşava ilə Polşada ABŞ hərbi bazası yaratmaq barədə razılığa gəlib. Əks-səda xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb. “Əla xəbər. Dostum, Polşa Prezidenti Karol Navrotskinin qətiyyətli liderliyi sayəsində Polşada ABŞ ordusu bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib. Əgər bu baş versə, bazanın yeri tezliklə açıqlanacaq. Bu, […]

Siyasət

Vaşinqton Varşava ilə Polşada ABŞ hərbi bazası yaratmaq barədə razılığa gəlib.

Əks-səda xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

“Əla xəbər. Dostum, Polşa Prezidenti Karol Navrotskinin qətiyyətli liderliyi sayəsində Polşada ABŞ ordusu bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib. Əgər bu baş versə, bazanın yeri tezliklə açıqlanacaq. Bu, bizim böyük ABŞ-Polşa ittifaqımız üçün tarixi addım olacaq”, – paylaşımda bildirilir.

Daha əvvəl Polşa Müdafiə Nazirliyi ABŞ ilə “Patriot” hava hücumundan müdafiə sisteminin bir hissəsinin Polşaya köçürülməsi ilə bağlı müzakirələr apardığını açıqlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.