Türkiyənin paytaxtı Ankarada cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat çərçivəsində 67 şübhəli şəxs həbs edilib.
Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Ankara Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmalar nəticəsində cinayətkar qruplaşmalarla əlaqəli olan 114 şübhəlinin kimliyi müəyyənləşdirilib.
“Onlardan 82-si barəsində saxlanılma qərarı çıxarılıb, 67-si barəsində həbs qərarı verilib. Digər 15 şübhəli isə məhkəmə nəzarəti tədbiri ilə azadlığa buraxılıb”, – məlumatda qeyd olunub.
Hazırda Baş Prokurorluq tərəfindən digər şübhəlilərin tutulması istiqamətində araşdırmaların davam etdirilir.


