• Home  
  • Adriatik dənizinin İtaliya sahillərində yaxta yanıb
- Dünya - Gündəm - Hadisə

Adriatik dənizinin İtaliya sahillərində yaxta yanıb

İtaliyanın Yezolo kurort şəhərinin sahillərində, Adriatik dənizində iyirmi metrlik yaxta yanıb, göyərtədə olan on nəfər təxliyə edilib. Əks-səda xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Xilasetmə əməliyyatında liman xidməti iştirak edib. Yanğının söndürülməsi üçün helikopter də cəlb olunub. Yanğının səbəbi hələlik bildirilmir. Dənizə yanacaq dağılması təhlükəsi var. Liman xidmətləri akvatoriyanın çirklənməsinin qarşısını almaq üçün tədbirlər […]

Hadisə

İtaliyanın Yezolo kurort şəhərinin sahillərində, Adriatik dənizində iyirmi metrlik yaxta yanıb, göyərtədə olan on nəfər təxliyə edilib.

Əks-səda xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Xilasetmə əməliyyatında liman xidməti iştirak edib. Yanğının söndürülməsi üçün helikopter də cəlb olunub.

Yanğının səbəbi hələlik bildirilmir. Dənizə yanacaq dağılması təhlükəsi var. Liman xidmətləri akvatoriyanın çirklənməsinin qarşısını almaq üçün tədbirlər görür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.