• Home  
  • Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən 37 nəfər həbsxanada ölüb
- Dünya - Gündəm - Hadisə

Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən 37 nəfər həbsxanada ölüb

Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən azı 37 nəfər ölkənin qərbindəki Niger əyalətində həbsxanada ölüb. Əks-səda xəbər verir ki, onların ölüm səbəbi hələ müəyyən edilməyib. Saxlanılanları qoruyan Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun nümayəndələri meyitlərin məhkəmə-tibbi ekspertizası üçün Minna şəhərinin xəstəxanasına aparıldığını bildiriblər. Niger əyalətinin qubernatoru Məhəmməd Umaru Baqo deyib ki, ilkin araşdırmalar ölüm səbəbinin boğulma və […]

Hadisə

Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən azı 37 nəfər ölkənin qərbindəki Niger əyalətində həbsxanada ölüb.

Əks-səda xəbər verir ki, onların ölüm səbəbi hələ müəyyən edilməyib.

Saxlanılanları qoruyan Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun nümayəndələri meyitlərin məhkəmə-tibbi ekspertizası üçün Minna şəhərinin xəstəxanasına aparıldığını bildiriblər.

Niger əyalətinin qubernatoru Məhəmməd Umaru Baqo deyib ki, ilkin araşdırmalar ölüm səbəbinin boğulma və ya qurğuşun zəhərlənməsi ola biləcəyini göstərir.

O əlavə edib ki, ölüm səbəbi istintaqın bir hissəsi olaraq müəyyən edilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.