• Home  
  • ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
- Dünya - Gündəm - Texnologiya

ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına potensial 24,3 milyard dollarlıq “Lockheed Martin Corp. F-35 Lightning II Joint Strike Fighter” qırıcılarının satışını təsdiqləyib. “Report”un məlumatına görə, bu barədə qurumun saytında dərc olunmuş sənəddə deyilir. Məlumata görə, Vaşinqton Ər-Riyada 48 hərbi təyyarə, 49 “Pratt & Whitney” mühərriki, eləcə də rabitə avadanlığı, ehtiyat hissələri və digər dəstək komponentləri tədarük […]

Texnologiya

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına potensial 24,3 milyard dollarlıq “Lockheed Martin Corp. F-35 Lightning II Joint Strike Fighter” qırıcılarının satışını təsdiqləyib.

“Report”un məlumatına görə, bu barədə qurumun saytında dərc olunmuş sənəddə deyilir.

Məlumata görə, Vaşinqton Ər-Riyada 48 hərbi təyyarə, 49 “Pratt & Whitney” mühərriki, eləcə də rabitə avadanlığı, ehtiyat hissələri və digər dəstək komponentləri tədarük etməyi planlaşdırır.

Dövlət Departamenti iddia edir ki, bu avadanlığın və əlaqəli dəstəyin qarşıdan gələn satışı Yaxın Şərqdəki hərbi tarazlığı pozmayacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.