Rusiyanın Saratov vilayətində ehtimal olunan qida zəhərlənməsi nəticəsində ikisi uşaq olmaqla, üç nəfər ölüb.
Əks-səda xəbər verir ki, bu barədə “REN TV” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Hadisə Kalininsk şəhərindəki fərdi evlərin birində baş verib. Məlumta görə, 8 yaşlı qız, 11 yaşlı oğlan və bir yetkin şəxs ölüb. Daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, zəhərlənməyə kolbasa istehlakı səbəb ola bilər.
Baş verənlərin təfərrüatları müəyyənləşdirilir.


