• Home  
  • ABŞ hipersəs raketinin yerləşdirilməsi qrafikindən geri qaldığını etiraf edib
- Dünya - Gündəm - Siyasət - Texnologiya

ABŞ hipersəs raketinin yerləşdirilməsi qrafikindən geri qaldığını etiraf edib

ABŞ ordusu ilk hipersəs silahının yerləşdirilməsində qrafikdən üç ildən çox geri qaldığını etiraf edib. Əks-səda “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ABŞ ordusu ölkənin ilk hipersəs silahının yerləşdirilməsini hələ də başa çatdırmayıb. Bununla da ABŞ-nin Çin və Rusiyadan geri qaldığı qabaqcıl texnologiyanın tətbiqində üç ildən çox gecikmə olduğu etiraf edilib. Agentliyin məlumatına görə, ABŞ ordusu Dark […]

ABŞ ordusu ilk hipersəs silahının yerləşdirilməsində qrafikdən üç ildən çox geri qaldığını etiraf edib.

Əks-səda “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ABŞ ordusu ölkənin ilk hipersəs silahının yerləşdirilməsini hələ də başa çatdırmayıb. Bununla da ABŞ-nin Çin və Rusiyadan geri qaldığı qabaqcıl texnologiyanın tətbiqində üç ildən çox gecikmə olduğu etiraf edilib.

Agentliyin məlumatına görə, ABŞ ordusu Dark Eagle (“Qara qartal”) adı ilə tanınan uzaqmənzilli hipersəs raketinin yerləşdirilməsi üzərində işi davam etdirir. Sistemin istifadəyə hazır elan olunmasından əvvəl əlavə hazırlıq işləri, eləcə də texniki hazırlığın və döyüş qabiliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər tamamlanmalıdır.

“Bloomberg” qeyd edir ki, ABŞ ordusu bu texnologiyanın yerləşdirilməsi üçün əvvəllər müəyyən edilmiş bir neçə müddəti, o cümlədən 2023 və 2025-ci illəri ötürüb.

Hipersəs raketləri saatda 6,12 min kilometrdən çox sürətlə, aşağı hündürlükdə uça bilir. Bu xüsusiyyətlər onların ənənəvi hava hücumundan müdafiə sistemləri vasitəsilə ələ keçirilməsini çətinləşdirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.