Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında partlayış olub.
Əks-səda “The News Pakistan”a istinadən xəbər verir ki, partlayış cümə namazı zamanı baş verib, azı 21 nəfər, o cümlədən 15 polis ölüb.
Bildirilib ki, daha 103 nəfər yaralanıb.
Polisin məlumatına görə, məscidin yaxınlığında partlayış nəticəsində çuxur yaranıb.
Xilasetmə xidmətlərinin məlumatına görə, məscidin xarici hissəsi ciddi şəkildə zədələnib, həmçinin divar uçub. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Kohat dairə xəstəxanasında fövqəladə vəziyyət rejimi elan edilib.


