• Home  
  • Polşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq
- Dünya - Gündəm - Hadisə

Polşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq

Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. Əks-səda xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayının formalaşdırılmasından gedir. Alay təxminən 1 000 hərbçidən ibarət olacaq və raket əleyhinə, hava hücumundan müdafiə və dronlara qarşı müdafiə texnikası […]

Dünya

Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq.

Əks-səda xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayının formalaşdırılmasından gedir. Alay təxminən 1 000 hərbçidən ibarət olacaq və raket əleyhinə, hava hücumundan müdafiə və dronlara qarşı müdafiə texnikası ilə təchiz ediləcək.

“Bu gün səhər mən 87-ci zenit alayının formalaşdırılması barədə qərarı imzaladım; 87-ci zenit alayı Bjeskoda yerləşəcək”, – nazir qeyd edib.

Kosinak-Kamış əlavə zenit alayının hansı konkret silah nümunələri ilə təchiz ediləcəyini açıqlamayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.