• Home  
  • Kuba yenidən işıqsız qalıb
- Dünya - Gündəm - Hadisə

Kuba yenidən işıqsız qalıb

Kubada elektrik enerjisi tamamilə kəsilib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Energetika və Mədən Sənayesi Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. “Elektrik enerjisi sistemi tamamilə çöküb. Hazırda bərpa protokollarının işə salınmasına başlanılır”, – deyə nazirliyin açıqlamasında bildirilib. Daha sonra nazirlik qazla işləyən üç qaz-generator qurğusunun elektrik sisteminə qoşulduğunu açıqlayıb. “Milli elektrik enerjisi sisteminin bərpası prosesi […]

Hadisə

Kubada elektrik enerjisi tamamilə kəsilib.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Energetika və Mədən Sənayesi Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Elektrik enerjisi sistemi tamamilə çöküb. Hazırda bərpa protokollarının işə salınmasına başlanılır”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Daha sonra nazirlik qazla işləyən üç qaz-generator qurğusunun elektrik sisteminə qoşulduğunu açıqlayıb. “Milli elektrik enerjisi sisteminin bərpası prosesi davam edir”.

Kuba Elektrikçilər Həmkarlar İttifaqı “Facebook”da yaydığı məlumatda nasazlığın Matansas–Syenfueqos istiqamətindəki 220 kilovoltluq elektrik verilişi xəttinin sıradan çıxması nəticəsində baş verdiyini bildirib. Həmkarlar ittifaqının məlumatına görə, həmin ərazidə hava şəraiti qeyri-sabit olub.

Kubada sonuncu dəfə elektrik enerjisinin tamamilə kəsilməsi avqustun 3-də baş verib. Yerli “CiberCuba” portalının hesablamalarına görə, budəfəki hadisə 2026-cı ilin əvvəlindən etibarən ölkənin enerji sistemində baş verən səkkizinci tammiqyaslı çökmə olub. Onlardan ikisi martda, üçü iyulda, daha ikisi isə avqustda baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.