• Home  
  • Gədəbəydə avtomobil aşıb, ölən var
- Gündəm - Hadisə - Ölkə

Gədəbəydə avtomobil aşıb, ölən var

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, qəza Çanaqçı kəndi ərazisində qeydə alınıb. Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov idarə etdiyi “VAZ 2107” markalı avtomobili yol kənarına aşırıb. Məlumata görə, nəqliyyat vasitəsində sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova, oğlu, 2016-cı il təvəllüdlü […]

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, qəza Çanaqçı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov idarə etdiyi “VAZ 2107” markalı avtomobili yol kənarına aşırıb.

Məlumata görə, nəqliyyat vasitəsində sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova, oğlu, 2016-cı il təvəllüdlü Əli Şukur oğlu Ələkbərov, qızları, 2014-cü il təvəllüdlü Əsli Şukur qızı Ələkbərova və 2012-ci il təvəllüdlü Əsmər Şukur qızı Ələkbərova olub. Qəza nəticəsində sürücünün arvadı Səyyarə Ələkbərova hadisə yerində ölüb, oğlu Əli Ələkbərov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.