İtaliya millisinin və “İnter” klubunun sabiq futbolçusu Sandro Matsola vəfat edib.
Əks-səda xəbər verir ki, bu barədə Milan təmsilçisi məlumat yayıb.
Keçmiş hücumçu 83 yaşında həyatını itirib.
Xatırladaq ki, S.Matsola 1960-1977-ci illər aralığında “İnter”in heyətində 567 oyun keçirib, 162 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya millisində 70 matçda 22 dəfə fərqlənib.


