• Home  
  • Nijni Novqorod vilayətində PUA zərbəsi nəticəsində dörd nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Nijni Novqorod vilayətində PUA zərbəsi nəticəsində dörd nəfər yaralanıb

Ukraynanın Nijni Novqorod vilayətinə pilotsuz uçuş aparatı ilə (PUA) endirdiyi zərbə nəticəsində üç böyük və bir uşaq yaralanıb. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qubernator Qleb Nikitin bildirib. Onlara tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. “Gecə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri Nijni Novqorod vilayətində PUA zərbələrini dəf edib. […]

Ukraynanın Nijni Novqorod vilayətinə pilotsuz uçuş aparatı ilə (PUA) endirdiyi zərbə nəticəsində üç böyük və bir uşaq yaralanıb.

Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qubernator Qleb Nikitin bildirib.

Onlara tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.

“Gecə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri Nijni Novqorod vilayətində PUA zərbələrini dəf edib. Radioelektron mübarizə nəticəsində bir aparat ağaca çırpılıb, bir hissəsi partlayıb. Qəlpələrin ətrafa səpələnməsi yaxınlıqdakı yaşayış binasının mənzilində yanğına səbəb olub. Təəssüf ki, dörd nəfər xəsarət alıb, onlardan biri uşaqdır”, – o qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.