• Home  
  • Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
- Gündəm - Hadisə - Ölkə

Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Astara rayonunun Təxtənəkəran kəndində baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb. Əks-səda xəbər verir ki, Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili, qarşıdan gələn Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmadan sonra “Ford Transit” yoldan çıxaraq aşıb. […]

Hadisə

Astara rayonunun Təxtənəkəran kəndində baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili, qarşıdan gələn Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşmadan sonra “Ford Transit” yoldan çıxaraq aşıb. Qəza nəticəsində “Niva” markalı nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Astara rayonunun Rinə kənd sakini, 1980-cı il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, eləcə də Rinə kənd sakinləri – 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyətləri daha ağır olan G. Əliyev və R. Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilib. Həkimlərin seyinə baxmayaraq, sürücü Gülağa Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.