• Home  
  • Braziliyada avtobus qəzasında 6 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Braziliyada avtobus qəzasında 6 nəfər ölüb

Braziliyanın cənub-şərqində yerləşən San-Paulu ştatında avtobusun iştirakı ilə baş verən yol qəzasında azı 6 nəfər ölüb. Əks-səda yerli mətbuata istinadən xəbər verir ki, hadisə Kruzeiru bələdiyyəsində dağlıq ərazidən keçən avtomobil yolunda baş verib. Yoldan çıxaraq dərəyə düşən avtobusda təxminən 40 sərnişin olub. Onların hamısı təxliyə edilib, xəsarət alanlar Kruzeiru, Lorena və Quaratinqeta şəhərlərindəki xəstəxanalara çatdırılıb. İlkin […]

Hadisə

Braziliyanın cənub-şərqində yerləşən San-Paulu ştatında avtobusun iştirakı ilə baş verən yol qəzasında azı 6 nəfər ölüb.

Əks-səda yerli mətbuata istinadən xəbər verir ki, hadisə Kruzeiru bələdiyyəsində dağlıq ərazidən keçən avtomobil yolunda baş verib.

Yoldan çıxaraq dərəyə düşən avtobusda təxminən 40 sərnişin olub. Onların hamısı təxliyə edilib, xəsarət alanlar Kruzeiru, Lorena və Quaratinqeta şəhərlərindəki xəstəxanalara çatdırılıb.

İlkin məlumata görə, sürücü avtobus üzərində idarəetməni itirib. Bundan sonra nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə yuvarlanıb. Sürücünün alkoqol testi mənfi nəticə verib.

Həlak olanlar arasında təxminən 14 yaşlı yeniyetmə və 5 yetkin şəxs olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.