• Home  
  • Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb
- Dünya - Gündəm - Hadisə

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, Fransanın təhsil naziri Eduard Jeffrey etirazlar başlayandan bəri 76 tələbə və təhsil işçisinin xəsarət aldığını bildirib. Nümayişlər ötən həftə başlayıb. Tələbə etirazları Fransa hökumətinin 2027-ci il üçün sərt […]

Hadisə

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb.

Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, Fransanın təhsil naziri Eduard Jeffrey etirazlar başlayandan bəri 76 tələbə və təhsil işçisinin xəsarət aldığını bildirib.

Nümayişlər ötən həftə başlayıb.

Tələbə etirazları Fransa hökumətinin 2027-ci il üçün sərt büdcə layihəsi hazırlaması fonunda keçirilir.

Etirazçılar siniflərin həddindən artıq yükləndiyini və müəllim çatışmazlığının olduğunu bildirirlər. Hökumət nümayişləri məsuliyyətsizlik adlandırsa da, orta məktəblərdə problemlərin olduğunu və onların həllinin zəruriliyini etiraf edib.

Daha əvvəl Fransa polisi yuxarı sinif şagirdlərinin ölkə məktəbləri qarşısında keçirdikləri etiraz aksiyaları zamanı 440 nəfəri saxlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.