• Home  
  • “ABC-Telecom”un və “Tam Store”un reklam qanunvericiliyini pozduğu üzə çıxıb
- Cəmiyyət - Gündəm - Ölkə

“ABC-Telecom”un və “Tam Store”un reklam qanunvericiliyini pozduğu üzə çıxıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin tələblərini pozan “ABC-Telecom” (“Kontakt Home” mağazalar şəbəkəsinin sahibi) və “Tam Store” MMC-lər barəsində inzibati xəta haqqında protokol tərtib edib. Əks-səda xəbər verir ki, bu barədə Agentlikdən bildirilib. Məlumata görə, protokollar reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi, habelə reklamı qadağan olunmuş məhsul, texnika […]

Cəmiyyət

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin tələblərini pozan “ABC-Telecom” (“Kontakt Home” mağazalar şəbəkəsinin sahibi) və “Tam Store” MMC-lər barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Əks-səda xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, protokollar reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi, habelə reklamı qadağan olunmuş məhsul, texnika və xidmətlərin reklam olunması faktları üzrə İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi əsasında tərtib olunub.

Belə ki, “ABC-Telecom”un “Reklam haqqında” qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin tələblərini pozduğu, “Tam Store”un isə həmin qanunun 4.2-ci, 7.1.2-ci və 7.1.4-cü maddələrinin müddəalarına əməl etmədiyi üzə çıxıb.

428.10-cu maddə reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, həmçinin reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur.

Eyni zamanda, “Tam Store” qeyri-qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb, bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələbini pozub. Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması faktına görə Məcəllənin 447.0.1-ci maddəsinin əlamətləri ilə şirkət haqqında protokol tərtib olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.