“Mançester Yunayted” klubu ev oyunlarını keçirdiyi “Old Trafford” stadionu üçün istifadə olunmuş köhnə ot örtüyünün hissələrinin satışına başlayıb.
Əks-səda ESPN-ə istinadən xəbər verir ki, ölçüsü 7×7 santimetr olan və arena fotosu ilə birlikdə akril kubda saxlanılan hər bir parça təxminən 146 avro dəyərində qiymətləndirilir.
“Old Trafford”dakı meydançanın ot örtüyü keçən yay, 2012-ci ildən bəri ilk dəfə tamamilə dəyişdirilib. Köhnə qazon mövsümün sonunda götürülüb və futbolçular üçün şəraitin, həmçinin drenajın yaxşılaşdırılmasına yönəlmiş yenidənqurma çərçivəsində bünövrəsinə qədər sökülüb.
Klub örtüyü atmaq əvəzinə, onun hissələrini azarkeşlər üçün saxlamaq qərarına gəlib.
Mövsümlük abunə sahibləri satınalmada üstünlük hüququ əldə ediblər. Köhnə qazonun satışı komandanın tarixində ilk belə hal deyil. Meydanın yeniləndiyi 2012-ci ildə də ot örtüyünün parçaları fanatlara təklif olunub.


