İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.
Əks-səda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə və 35 km dərinlikdə yerləşib. Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.
Zəlzələ nəticəsində 20 nəfər ölüb. Bundan başqa, altı nəfərin xəsarət aldığı və iki nəfərin dağıntılar altında qaldığı qeyd olunub.


