• Home  
  • Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
- Dünya - Gündəm - Hadisə

Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb

Xəzər dənizində Qazaxıstanın Manqistau vilayətindəki hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 14-ə çatıb. Əks-səda xəbər verir ki,bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qurumdan qeyd edilib ki, sentyabrın 25-i səhər saatlarında daha əvvəl Xəzər dənizinin akvatoriyasında itkin düşmüş iki hərbi qulluqçunun meyiti tapılıb. Qazaxıstan Müdafiə Nazirliyi axtarış əməliyyatının başa çatdığını bildirib. Xatırladaq ki, faciə sentyabrın […]

Hadisə

Xəzər dənizində Qazaxıstanın Manqistau vilayətindəki hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 14-ə çatıb.

Əks-səda xəbər verir ki,bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qurumdan qeyd edilib ki, sentyabrın 25-i səhər saatlarında daha əvvəl Xəzər dənizinin akvatoriyasında itkin düşmüş iki hərbi qulluqçunun meyiti tapılıb.

Qazaxıstan Müdafiə Nazirliyi axtarış əməliyyatının başa çatdığını bildirib.

Xatırladaq ki, faciə sentyabrın 24-də Xəzər dənizində təlim-döyüş tapşırığının icrası zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi nəticəsində 17 hərbi qulluqçunu axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, 14 nəfər ölüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.