• Home  
  • Lənkəranda güclü külək bir sıra fəsadlar törədib
- Gündəm - Hadisə - Ölkə

Lənkəranda güclü külək bir sıra fəsadlar törədib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləklə müşayiət olunan yağış Lənkəranda bir sıra fəsadlar törədib. Əks-səda xəbər verir ki, güclü külək əsasən elektrik təsərrüfatına ciddi ziyan vurub. İldırımla müşayiət olunan güclü külək nəticəsində Şəhidlər Xiyabanı küçəsində iri gövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üstünə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb. Şəhərin Kiçik […]

Hadisə

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləklə müşayiət olunan yağış Lənkəranda bir sıra fəsadlar törədib.

Əks-səda xəbər verir ki, güclü külək əsasən elektrik təsərrüfatına ciddi ziyan vurub. İldırımla müşayiət olunan güclü külək nəticəsində Şəhidlər Xiyabanı küçəsində iri gövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üstünə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb.

Şəhərin Kiçik Bazar deyilən ərazisində isə ağac hərəkətdə olan Ehtiram Fərəcova məxsus “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üstünə düşüb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Aidiyyəti qurumların nümayəndələri ərazilərdə olub. Problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görüblər. Bəzi küçələrdə ağaclar xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib. Hazırda fasilələr yarandığı ərazilərdə elektrik enerjisinin tam verilməsi istiqamətində işlər davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.