• Home  
  • Gürcüstanın strateji valyuta ehtiyatları 8 milyard dolları keçib
- Dünya - Gündəm - İQTİSADİYYAT

Gürcüstanın strateji valyuta ehtiyatları 8 milyard dolları keçib

Bu ilin avqust ayında Gürcüstan Milli Bankı (GMB) “Bmatch” platformasında həyata keçirdiyi valyuta müdaxilələri nəticəsində beynəlxalq ehtiyatlarını 555,6 milyon ABŞ dolları artırıb. Əks-səda xəbər verir ki, avqustun sonuna ölkənin beynəlxalq valyuta ehtiyatları 8,14 milyard ABŞ dollarına çatıb. Yanvar-avqust aylarında GMB-nin “Bmatch” platformasında həyata keçirdiyi əməliyyatlar üzrə ümumi xalis alışlar 3 milyard 122,2 milyon ABŞ dolları təşkil edib. […]

İqtisadiyyat

Bu ilin avqust ayında Gürcüstan Milli Bankı (GMB) “Bmatch” platformasında həyata keçirdiyi valyuta müdaxilələri nəticəsində beynəlxalq ehtiyatlarını 555,6 milyon ABŞ dolları artırıb.

Əks-səda xəbər verir ki, avqustun sonuna ölkənin beynəlxalq valyuta ehtiyatları 8,14 milyard ABŞ dollarına çatıb.

Yanvar-avqust aylarında GMB-nin “Bmatch” platformasında həyata keçirdiyi əməliyyatlar üzrə ümumi xalis alışlar 3 milyard 122,2 milyon ABŞ dolları təşkil edib.

“Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatlarından biridir. Bazar şəraiti imkan verdikdə bank ehtiyatların artırılması məqsədilə valyuta alışları həyata keçirir”, – deyə qurum bəyan edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.