• Home  
  • Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
- Gündəm - Hadisə - Ölkə

Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Əks-səda xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Logan” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Hadisə

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Əks-səda xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Logan” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.