• Home  
  • Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Kanadada helikopter qəzasında 4 nəfər həlak olub

Kanadanın Kvebek əyalətində baş verən helikopter qəzasında 4 nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “CBC” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat verib. Qeyd olunub ki, qəza sentyabrın 26-da axşam saatlarında Monreal şəhərindən 55 kilometr məsafədə baş verib. Polis hələlik qəzanın səbəbləri, hava gəmisinin sahibi və həlak olan şəxslərin kimliyi barədə məlumat təqdim etməyib. Qəza […]

Hadisə

Kanadanın Kvebek əyalətində baş verən helikopter qəzasında 4 nəfər həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə “CBC” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

Qeyd olunub ki, qəza sentyabrın 26-da axşam saatlarında Monreal şəhərindən 55 kilometr məsafədə baş verib.

Polis hələlik qəzanın səbəbləri, hava gəmisinin sahibi və həlak olan şəxslərin kimliyi barədə məlumat təqdim etməyib. Qəza yerində baş verən yanğın söndürülüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.