• Home  
  • İspaniyada Qərbi Afrikadan gələn 268 qeyri-qanuni miqrant xilas edilib
- Dünya - Gündəm - Hadisə

İspaniyada Qərbi Afrikadan gələn 268 qeyri-qanuni miqrant xilas edilib

İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb. Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau) yola düşən kanoedə dənizdə 11 gün keçirib. Hazırda adaya iki yeni qrup istiqamət alır. El-Yerro adasının təcili […]

Hadisə

İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb.

Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau) yola düşən kanoedə dənizdə 11 gün keçirib.

Hazırda adaya iki yeni qrup istiqamət alır.

El-Yerro adasının təcili yardım xidmətinin məlumatına görə, “Salvamar Diphda” xilasetmə gəmisinin heyəti La-Restinqaya gələn ilk qrupu xilas edib. Kiçik qayığın sərnişinləri arasında Qərbi Afrika ölkələrinin – Seneqal, Qambiya, Mali, Qvineya-Bisau və Kot-d’İvuar vətəndaşları olub.

Bundan əlavə, “Guardamar Polimnia” gəmisi La-Restinqadan 65 kilometr aralıda başqa bir kanoedə olan təxminən 100 nəfərlik daha bir qrupu xilas edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.