• Home  
  • Nepalda leysanlar səbəbindən 20-dən çox insan ölüb
- Dünya - Gündəm - Hadisə

Nepalda leysanlar səbəbindən 20-dən çox insan ölüb

Nepalda davamlı leysanlar nəticəsində azı 21 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “The Kathmandu Post” nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Təkcə Qandaki əyalətində leysanla əlaqədar təbii fəlakətlər nəticəsində 11 nəfər ölüb, 4 nəfər yaralanıb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur. Bundan başqa, daşqın və torpaq sürüşmələri səbəbindən azı 1500 nəfər […]

Hadisə

Nepalda davamlı leysanlar nəticəsində azı 21 nəfər ölüb.

Əks-səda xəbər verir ki, bu barədə “The Kathmandu Post” nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Təkcə Qandaki əyalətində leysanla əlaqədar təbii fəlakətlər nəticəsində 11 nəfər ölüb, 4 nəfər yaralanıb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur.

Bundan başqa, daşqın və torpaq sürüşmələri səbəbindən azı 1500 nəfər evsiz qalıb. 179 ev tamamilə, 26 ev qismən zədələnib, daha 270 ev isə dağılma təhlükəsi altındadır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.